Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmənin hərbi obyektlərini daim hədəfdə saxlayır

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmənin hərbi obyektlərini daim hədəfdə saxlayır

Bakı, 15 aprel, AZƏRTAC

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki son hadisələrlə bağlı təhliləbənzər gecikmiş etirafı məğlubiyyətə uğramış “sərkərdə”nin özünü təmizə çıxarmaq istiqamətində növbəti uğursuz addımıdır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, S.Ohanyanın açıqlamaları real hadisələri və vəziyyəti əks etdirməyərək hələ keçən əsrdə hazırlanmış döyüş nizamnamələrindən köçürülmüş şablon cümlələrdən ibarətdir. Belə ki, əgər ermənilər döyüş ehtiyatlarından istifadə etmədiklərini, tankçılarının “məharət və şücaətlə” döyüşdüklərini iddia edirlərsə, bəs müdafiənin dərinliyindən köməyə cəlb edilərək kolonlarla hərəkət edən ermənilərin 30-dək döyüş tankının və onlarla artilleriya qurğusunun məhv edilməsinin etirafını sadalamağı niyə unudur?!

Bir neçə gün bundan əvvəl erməni tərəfi iddia edirdi ki, Azərbaycan dörd hərbi birləşmənin iştirakı ilə irimiqyaslı hücuma keçib. İndi isə S.Ohanyan bu məsələni unudaraq döyüşlərin taqım səviyyəsində aparılmasını öz xalqına sırımağa çalışır.

S.Ohanyanın guya erməni ordusunun arsenalında olan hansısa daha güclü silahlar barədə absurd fikirləri isə heç bir məntiqə sığmır. Sual olunur, əgər bu silahlar mövcuddursa, həmin silahların tətbiq edilməsinə kim mane olurdu? Biz əminik ki, əgər belə bir silah olsaydı heç şübhəsiz erməni işğalçıları onu tətbiq edərdi. Bəlkə S.Ohanyan hələ keçmiş sovet dövründən Ermənistan ərazisindəki hərbi bazalarda qalan və yaxud “erməni ustaların” əldəqayırma üsulla hazırladıqları kimyəvi silahları nəzərdə tutur? Belə olan halda düşmən unutmasın ki, əgər təxribat törədərək bu silahdan istifadə edərsə, yaxud atəşkəsi təkrar pozarsa, mülki əhalinin təhlükəsizliyinə təhdid edərsə, o halda veriləcək cavabımız daha dəqiq, qətiyyətli və sərt olacaq.

Digər məsələ S.Ohanyanın iddiasına görə, onlarda böyük səfərbərlik ehtiyatlarının, könüllülərin və güclü döyüşkən ordunun olmasıdır ki, bu da elə ilk gündən iflasa uğradı. Aclıqdan, səfalətdən, heç bir təminatı olmayan, hətta pensiya belə almayan “bir qarın yemək xətrinə toplaşan könüllülərin”, mülki əhalinin qətlində əli qana bulaşmış səfil cəlladların və zorla səngərlərə yerləşdirilən qocaların da sayını nəzərə alsalar, bəlkə onda Ermənistanın səfərbərlik ehtiyatları olduğunu iddia edə bilərlər. S.Ohanyanın Ermənistan ordusunu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisə etməsi onun xülyası və yerinə yetirilməsi mümkün olmayan arzusudur. Azərbaycan Ordusunun hərbi qüdrəti, silahının gücü artıq reallıqdır, danılmaz faktdır və son hadisələr buna əyani sübutdur.

O ki qaldı S.Ohanyanın cəbhə xəttindəki mövqelər barədə iddialarına, erməni tərəfinin təxribatları səbəbindən baş verən döyüş əməliyyatları zamanı bölmələrimizin qarşısına qoyulan tapşırıq cəbhə boyu zonada yerləşən əhalinin təhlükəsizliyini təmin etmək idi. Həmin yaşayış məntəqələri ətrafındakı vacib yüksəklikləri nəzarətə götürən Ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirdi.

Erməni hərbi birləşmələrinin yüksək səviyyədə idarə olunması və kəşfiyyatının təşkili barədə iddialar da gülüncdür. Onların tərif etdikləri idarəetmə sistemi elə ilk gündən nə dərəcədə primitiv vəziyyətdə olduğunun, ordunun isə Azərbaycanın hərbi bölmələrinin elə ilk zərbələrindən iflic vəziyyətə düşdüyünün şahidi olduq. Hərbi əməliyyatlar göstərdi ki, erməni silahlı birləşmələrinin təminatı, təchizatı, əlavə qüvvələrin cəlb edilməsi işi necə xaotik və idarəolunmaz, bölmələr isə nə qədər özbaşınadır. Hadisələr erməni hərbçilərinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərdi.

Pafoslu danışıqlar, boş xülyalar, utopik açıqlamardan eyforiyaya düşən erməni hərbi siyasi rəhbərliyinin iddiasının əksinə olaraq, bölmələrimizin zərbələri elə gözlənilməz oldu ki, düşmənin nəinki mövqelərini, hətta onların qalib olmaları barədə eyforik təsəvvürlərini belə darmadağın etdi. Çünki elə əks-həmlə əməliyyatı zamanı tərəfimizdən düşmənin qüvvələrinə qarşı təşkil olunan elektron mübarizə tədbirləri, pilotsuz uçuş aparatları vasitəsilə döyüş meydanının, eləcə də düşmənin ön mövqelərinin və müdafiəsinin dərinliyinin izlənilərək nəzarətdə saxlanılması və ona endirilən zərbələr o qədər dağıdıcı oldu ki, qarşı tərəf yalnız iki gün sonra cavab verməyə imkan tapdı. Bu da yalnız onların bütün dünyaya yalvarışlarından, vasitəçilərin döyüş əməliyyatlarının dayandırılmasına dair təkidli xahişləri nəticəsində yaranan sakitlikdən sonra mümkün oldu.

“Bildiririk ki, xalqla Ordunun birliyi, ölkə rəhbərliyinin diqqəti, qayğısı, həmçinin rəşadət və qəhrəmanlıq hesabına Azərbaycan əsgəri düşməni əzdi və qaçmağa məcbur etdi.

Azərbaycan Silahlı Qüvvələri azad etdikləri bütün yüksəklikləri hazırda nəzarətdə saxlayır, möhkəmləndirir və düşmənin dərinlikdə olan hərbi obyektlərini daim hədəfdə saxlayaraq istənilən an onlara zərbə endirməyə hazırdır. Məhz elə bu fakt erməni tərəfini qorxu və vahimə içərisində saxlayır”, - deyə nazirliyin açıqlamasında xüsusi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb