Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bilik Günü münasibətilə Silahlı Qüvvələr üçün hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris ilinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbər heyətinin, tədris müəssisələrinin rəislərinin, professor-müəllim və şəxsi heyətin iştirakı ilə keçirilən təntənəli mərasimlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Mərasimlərdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edib, təhsildə uğurlar arzulayıb və onlara müdafiə nazirinin tövsiyələrini çatdırıblar.