Müəllimlərin işə qəbulu müsabiqəsində biologiya fənni üzrə 17 namizəd yüksək nəticə göstərib
Bakı, 18 avqust, AZƏRTAC
Müəllimlərin işə qəbulu müsabiqəsində biologiya fənni üzrə 17 namizəd yüksək nəticə göstərib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Fidan Məmmədova, Gülnar Quliyeva, İradə Zeynalova və Samirə Nadirli 57, Aygün Qədirova, Fəridə Əliyeva, Nüşabə Hətəmova, Samirə Məsimova, Səadət Salmanova və Şəmsiyyə Seyidbəyli 56, Əfruz Kərimova, Gülər Əsgərova, Şəhla Qasımova, Səkinə Verdiyeva, Səna Həsənova və Xalidə Qarayeva 55, Yeganə Musayeva 54 bal toplayıblar.
Xatırladaq ki, avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.
Müsabiqədə iştirak etmək üçün 53 min 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 min 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 min 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 min 228 namizəd iştirak hüququ qazanıb.