Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin tarixləri açıqlanıb
Bakı, 24 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, namizədlər iyulun 26-sı saat 11:00-dan iyulun 27-si saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.
Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]