Müharibə başlayandan bəri ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım edib
Kiyev, 22 iyun, AZƏRTAC
Rusiyanın müharibəsi başlayandan bəri ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
İqtisadi inkişafa yardım məqsədilə 2022-ci il fevralın 24-dən etibarən ABŞ Dünya Bankının mexanizmləri vasitəsilə Ukrayna hökumətinə təxminən 19,3 milyard dollar büdcə dəstəyi göstərib. Əlavə 3,7 milyard dollar 2023-cü ilin sentyabr ayına kimi yönəldiləcək.
Büdcə dəstəyi ilə birlikdə ABŞ iqtisadi dayanıqlığı, enerji təhlükəsizliyini, idarəetməni, kibertəhlükəsizliyi, korrupsiya ilə mübarizəni, səhiyyəni və kənd təsərrüfatı istehsalını təşviq etmək üçün təxminən 1,4 milyard dollar ayırıb.
Birləşmiş Ştatlar Ukraynaya və regiona içməli su, sığınacaq, dolanışıq yardımı, kanalizasiya, gigiyena məhsulları, təcili tibbi yardım, təcili ərzaq ehtiyaclarını ödəmək üçün 2,1 milyard dollardan çox humanitar yardım göstərib.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlayandan bəri təhlükəsizlik istiqamətində 40 milyard dollardan çox yardım edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]