MÜHARİBƏ ƏLİLİNƏ EV VERİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimdə Məzahir və onun valideynləri, kənd sakinləri, ictimaiyyətin nümayəndələri çıxış edərək son illər aztəminatlı, əlil və şəhid ailələrinə göstərilən dövlət qayğısını yüksək dəyərləndirmişlər. Ailəyə televizor və mebel dəstləri hədiyyə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış etmiş, əlil ailəsinə ən xoş arzularını bildirmişdir.