İDMAN
Mundiallar tarixində qol vuran ən gənc 10 futbolçu
Bakı, 24 noyabr, Elmir Səftərov, AZƏRTAC
İspaniyalı yarımmüdafiəçi Qavi mundiallar tarixində qol vuran ən gənc futbolçular siyahısına adını yazdırıb. Belə ki, Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında İspaniya-Kosta Rika (7:0) oyununda fərqlənən Qavi mundiallar tarixində qol vuran ən gənc üçüncü futbolçu olub.
AZƏRTAC futbol üzrə dünya çempionatlarında qol vuran ən gənc 10 futbolçunu təqdim edir:
1. Pele (17 yaş və 239 gün)- Braziliyada Uelsə qarşı 1958-ci il 19 iyun.
2. Manuel Rosas (18 yaş və 93 gün)- Meksikada Argentina qarşı -1930-cu il 19 iyul.
3. Qavi (18 yaş və 110 gün)- İspaniyada Kosta Rikaya qarşı -2022-ci il 23 noyabr.
4. Maykl Oven (18 yaş və 190 gün)- İngiltərədə Rumıniyaya qarşı -1998-ci il 22 iyun.
5. Nikolay Kovaş (18 yaş və 197 gün)- Rumıniyada Peruya qarşı -1930-cu il 14 iyul.
6. Dmitri Sıçev( 18 yaş və 231 gün)- Rusiyada Belçikaya qarşı -2002-ci il 14 iyun.
7. Lionel Messi(18 yaş 357 gün)- Argentinada Serbiya və Monteneqroya qarşı -2006-cı il 16 iyun.
8. Julian Green(19 yaş və 25 gün)- ABŞ-da Belçikaya qarşı -2014-cü il 1 iyul.
9. Divock Origi(19 yaş və 65 gün)- Belçikada Rusiyaya qarşı -2014-cü il 22 iyun.
10. Martin Hoffman( 19 yaş və 88 gün)- Şərqi Almaniyada Çiliyə qarşı -1974-cü il 18 iyun.