Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb
Bakı, 10 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdi Zərintac Qurbanzadə Rostov-na-Donu şəhərində keçirilən “Снежная увертюра” adlı beynəlxalq incəsənət müsabiqəsində 14 yaş kateqoriyası üzrə Qran-Pri mükafatına layiq görülüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, münsiflər, həmçinin Zərintacın müəllimi Ulduzə Məmmədovanı gənc nəslin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, istedadların üzə çıxarılması və təlimə əvəzsiz töhfələrinə görə diplomla təltif ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]