Musiqi sənəti istiqaməti üzrə ixtisaslara aid fənlərdən test imtahanı keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərindən test imtahanı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub.
İxtisas imtahanlarında uğur qazanan 1074 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 75, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 877, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 122 abituriyentin imtahanda iştirakı gözlənilirdi.
İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]