Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi münasibətilə Vyetnamda qəbul keçirilib

Pekin, 30 may, AZƏRTAC

Azərbaycanın Vyetnamdakı səfirliyi Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Hanoyda rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənc vyetnamlı müğənnilərin ifasında Azərbaycanın və Vyetnamın Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən səfir Şövqi Mehdizadə ölkəmizin milli istiqlal tarixinin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, dövlət quruculuğu, ordu, qadın hüquqları, təhsil və digər mühüm sahələrdə qazandığı nailiyyətlərindən danışıb. Azərbaycan ilə Vyetnam arasında möhkəm dostluq əlaqələrinin təməlinin hələ illər əvvəl Ulu Öndər Heydər Əliyev və Prezident Ho Şi Min tərəfindən qoyulduğunu vurğulayan diplomat 2023-cü ilin Azərbaycan-Vyetnam münasibətlərində əlamətdar il olduğunu, Ümummilli Liderimizin 100 illik yubileyi və Sovet İttifaqının yüksək nümayəndə heyətinin rəhbəri qismində Vyetnama tarixi səfərinin 40 illiyi, bununla bağlı Vyetnamda keçirilən silsilə tədbirlər haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Ulu Öndərin təkidi ilə baş tutan həmin səfər zamanı ikitərəfli münasibətlərin gücləndirilməsində xüsusi önəmli rol oynayan qərarlar qəbul edilib. Qeyd olunub ki, Azərbaycanda minlərlə vyetnamlı gəncin təhsil almasında Ulu Öndərin xüsusi diqqəti və qayğısı olub. Vyetnamın neft-qaz sahəsinin inkişafında xüsusi rolu olan azərbaycanlı mütəxəssislərin bu ölkəyə göndərilməsində də görkəmli dövlət xadimi böyük rol oynayıb.

İki ölkə arasında müasir dövrdə ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan səfir yüksəksəviyyəli səfərlərin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verdiyini bildirib.

Vyetnam xarici işlər nazirinin müavini xanım Le Thi Thu Hunq Vyetnam hökuməti və Xarici İşlər Nazirliyi adından Azərbaycanın xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək, müxtəlif sahələrdə qazandığı çoxsaylı mühüm nailiyyətləri dost ölkəsinin yüksək qiymətləndirdiyini deyib.

Nazir müavini bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan ilə Vyetnam arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirib, bu əlaqələrin iki xalqın ümummilli liderləri Ho Şi Min və Heydər Əliyev tərəfindən qurulduğunu, müasir zamanda iki ölkənin rəhbərləri tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.

Xanım Le Thi Thu Hunq 2023-cü il Vyetnam-Azərbaycan ənənəvi dostluğunun tarixində çox mühüm il olduğunu bildirib. Vurğulanıb ki, məhz Heydər Əliyevin dəstəyi sayəsində çox sayda azərbaycanlı mütəxəssis müharibədən sonra infrastrukturun bərpası və yenidən qurulmasında iştirak üçün Vyetnama göndərilib, xüsusən də neft-qaz sənayesinin qurulmasına böyük yardım göstərilib.

Tədbir ötən əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetinin məzunu olmuş xanım Danq Lanh Anqın ifasında sözləri Rafiq Zəkaya, musiqisi isə Telman Hacıyevə məxsus olan “Sən gül” adlı mahnı, habelə musiqi qrupu tərəfindən Vyetnam və Azərbaycan mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Mərasimdə Azərbaycan barədə videoçarxlar nümayiş etdirilib, Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət təşkil olunub, qonaqlara milli suvenirlər və hədiyyələr verilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 müxtəlif layihə icra olunur

İrəvan Qərb siyasi texnologiyalarının poliqonuna çevrilib - RƏY

Türkiyədə axtarışda olan beş minədək cinayətkar saxlanılıb

Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə

Beynəlxalq logistika şirkətləri Xəzər və Qara dənizdən keçən Çin-Avropa qatarlarına maraq göstərirlər

“Xarıbülbül” festivalı Laçında “Sələflər və xələflər” musiqi proqram ilə davam edib

Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faizədək azalıb

Avropa Parlamentinin üzvü Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb

Qobu və Hökməlinin bir hissəsinə içməli suyun verilişi dayandırılacaq

UEFA final oyunlarının hakimlərini açıqlayıb

Azərbaycan Polşada təşkil edilən tatar festivalında təmsil olunub

Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Latviya ilə ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsi müzakirə olunub

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi açılır

Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Şəhid qardaşı: Bundan sonra Quzanlıdakı Şəhidlər xiyabanını ziyarət etməklə təsəlli tapacağıq

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur

Zaqatalada iki avtomobil toqquşub, ölənlər var

Gürcüstanda 30 universitetin tələbələri etiraz aksiyası keçirirlər

Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şuşadan dünyaya verilən sülh və həmrəylik mesajları ŞƏRH

® “Kapital Bank”ın dəstəyi ilə “My Technology” layihəsinə start verilib

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü yekunlaşıb YENİLƏNİB

Hindistan Çabahar limanının idarəçiliyi üçün İranla razılığa gəlib

Avropa İttifaqı Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirmir

Dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün təlim keçiriləcək

Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Alimlər herpes virusunun sinir sisteminə necə daxil olmasını araşdırıblar

Dünya reytinqi: Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub

Azərbaycanda neft və palçıq vulkanizmi

Qəbələdə şəhid Məhəmməd Qarayevin xatirəsi anılıb

BDU-da Astana nümayəndələri ilə görüş keçirilib

Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir

Helsinkidə Ümummilli Liderin anadan olmasının 101 illiyi qeyd edilib

Müdafiə Nazirliyi hərbi hissələrdə müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir VİDEO

Birinci sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblərin adı açıqlanıb

Türk Dünyası Mediatorlar Birliyi Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlıq edəcək

Müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində müzakirələr aparılıb

Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

Ersin Tatar: Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir

Kifayət qədər yuxu yatmamaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər

III Bakı Elm Olimpiadasının finalçıları Bakı Dövlət Universitetində

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıb VİDEO

Faktiki hava: Şahdağda qar yağır

Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib VİDEO

İmişlidə fərdi evdə baş verən yanğın qısa müddətdə söndürülüb

“Şahin” hərbi-idman oyunlarının zona birincilikləri yekunlaşıb

Toğrul Əsgərov: Mariya Stadnikin Parisdə yaxşı nəticə qazanması üçün əlimizdən gələni edəcəyik

Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb

Kataloniyanın başçısı siyasətdən uzaqlaşmaq qərarına gəlib

Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır

Şimal şəfəqinin təsiredici fotoları

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 32 məktəbli respublika olimpiadalarının qalibi olub

AQTA kərə və bitki yağları ilə bağlı ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib

ADY hərəkət tərkiblərini əhəmiyyətli dərəcədə yeniləyir MÜSAHİBƏ

AzMİU nəzdində liseyin şagirdləri buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər

Avropa Parlamentinin deputatına delimitasiya sahəsində görülən işlər barədə məlumat verilib

IV və VI siniflərdə monitorinq təşkil ediləcək fənlərin adları açıqlanıb

Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol verən şəxslər barədə cinayət işləri məhkəməyə göndərilib

“Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

30 ildən sonra nəşi tapılan şəhidlər Ağdamda torpağa tapşırılıb VİDEO

“Qayalar üzərində tarix” - açıq dərs

İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı üzrə güzəştli kredit verilib

Türkiyədə qarşıdakı 3 ildə dövlət qurumlarına yeni bina almaq və tikmək qadağan edilir

Kazan Forumu Rusiyanın İƏT ölkələri ilə əlaqələrinə həsr olunacaq

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turunun oyun cədvəli açıqlanıb

Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb

Türkiyə Prezidenti Dünya İslam Alimlərinin Məşvərət Toplantısının iştirakçıları ilə görüşüb

Asiya Qadınlar Forumunda Azərbaycan cəmiyyətində qadınların rolu barədə məlumat verilib

Tədqiqat: Fasiləli oruc tutmaq qaraciyər xərçənginin qarşısını ala bilər

Ukrayna terror aktı hazırlayan Rusiya agentlərinin saxlanıldığını bildirib

Azərbaycanda quş qripinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

® Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb

Azərbaycan samboçuları Avropa çempionatını 10 medalla başa vurublar

Türkiyədə dövlət müəssisələri üçün tətbiqi nəzərdə tutulan qənaət paketi açıqlanıb

Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasının banilərinin xatirəsini yad ediblər VİDEO

® “AccessBank” regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada

Beynəlxalq qonaqlar “ASAN xidmət”in həyata keçirdiyi fəaliyyət barədə məlumatlandırılıb

BDU ilə Karlov Universiteti arasında biotexnoloji tədqiqatlar müzakirə edilib

Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid - Araşdırma

DİM: Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 143 nəfər uğur qazanıb

Aqrar Sığorta Fondunda Pambıq İstehsalçıları Assosiasiyası ilə görüş keçirilib

Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub

AFFA Gənclər Liqasında mövsümə yekun vurulub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası olub

Ötən il kibercinayətlər Almaniyaya 205,9 milyard avro zərər vurub

AzMİU-da keçiriləcək karyera sərgisində 80-dək dövlət və özəl müəssisə iştirak edəcək

Paytaxtın Nizami rayonunda ağacların kəsilməsi faktı təsdiqini tapıb

Qərbi Kanadada meşə yanğınları şiddətlənib

Şəki teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib VİDEO

İstehlak bazarında qiymətlər açıqlanıb

Azərbaycan Premyer Liqasında mükafatlandırma mərasiminin yeri və vaxtı bəlli olub

Kataloniyada müstəqillik tərəfdarları seçkilərdə məğlub olublar

Aslan Kərimov: Premyer Liqada 10 komandadansa, 12 klubun olması daha məntiqlidir

Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Qazaxıstan Ümumdünya Köçəri Oyunlarının proqramını ixtisar edib

Pakistan nümayəndə heyətinin Əfqanıstana səfəri ləğv olunub