Müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin qarşısı alınıb VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Agentliyin mütəxəssisləri tərəfindən Nizami rayonu Keşlə qəsəbəsi K.Əfkari küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.
Məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.