Muxtar respublikada 250 kilometrdən çox yolda dezinfeksiya tədbirləri aparılıb
Naxçıvan, 19 iyun, AZƏRTAC
Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən Ordubad və Culfa rayonlarında ümumilikdə, 253 kilometr və ya 2 milyon 72 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dezinfeksiya tədbirləri Culfa şəhərinin əsas yollarında, Yaycı, Əbrəqunus, Ərəzin və Kırna kənd mərkəzlərində, eləcə də Ordubad rayonunun Unus, Kələki, Dırnıs, Anaqut, Qoruqlar, Başkənd, Vələver, Ağrı, Vənənd, Dizə və Xanağa kəndlərində həyata keçirilib.
Dezinfeksiya işlərinə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürmə və 1 dezinfeksiya avtomobili, 20 nəfər şəxsi heyəti cəlb edilib.