Muxtar respublikada istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Naxçıvan, 28 fevral, AZƏRTAC
Ötən il Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvanda aparılan dövlət nəzarəti tədbirləri nəticəsində, istehlaka yararsız və saxtalaşdırılmış ümumilikdə 231 min 981 ədəd, 1777,5 litr və 41 kiloqram məhsul məhv edilib. Belə ki, saxta, keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli məhsullardan qorunmaq məqsədilə aparılan nəzarət tədbirləri çərçivəsində 341 ədəd 5 litrlik qablaşmada olan (1705 litr ) saxta zeytun yağı və 206 ədəd (51.5 litr) saxta alkoqollu içkilər aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, həmin məhsullar satışdan kənarlaşdırılıb və məhv edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə monitorinqlər aparılıb və nəticədə “Enterobacteriaceae” bakteriyası aşkarlanmış 19 min 560 ədəd dondurmanın məhv edilməsi barədə qərar qəbul olunub və icra edilib. Həmçinin dondurma emalı müəssisələrində monitorinqlər aparılıb, 4 emal müəssisəsindən 10 halda nümunələr götürülərək keyfiyyət göstəriciləri üzrə analizlər aparılıb, 4 istehsalçıya məxsus 7 məhsulda aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunamüvafiq tədbirlər icra olunub”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]