ELM VƏ TƏHSİL
Muzeydə ədəbi söhbətlər ətrafında dəyirmi masa təşkil edilib
![](/files/galleryphoto/2023/3/1200x630/16983236891596533394_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698323689657660577_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983236891352154146_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983236895945651154_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983236894066438050_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698323689205723546_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698323689154034942_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698323689336499719_1200x630.jpeg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Kürdəmir “ASAN xidmət”in kollektivi ilə birgə ədəbi söhbətlər ətrafında dəyirmi masa təşkil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Öncə qonaqlar muzeyin zəngin ekspozisiyası və regionda yaşayan yazarların kitablarından ibarət sərgi ilə tanış olublar.
Muzeyin əməkdaşları “ASAN xidmət”in kollektivinə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə ətraflı məlumat verərək onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə tanış ediblər.
Sonra görüş dəyirmi masa ətrafında davam etdirilib. Muzeyin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərindən danışaraq bir çox yazıçı və şairlərimizin həyatı haqqında maraqlı məqamlara toxunub, onların yaradıcılığının ən mühüm özəlliklərini, ədəbiyyatımıza gətirdikləri yenilikləri diqqətə çatdırıb. Y.Bahadurqızı yerli yazarların əsərləri haqqında da qonaqlara məlumat verib.
Görüşdə, həmçinin bir çox ədəbi janrlar haqqında söhbət açılıb, hər bir yazıçının ayrı-ayrılıqda yaradıcılığının əsasını təşkil edən janrlar qeyd edilib.
Müzakirə əsnasında qonaqları maraqlandıran suallar cavablandırılıb, onlar muzeyin rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.