Muzeydə nadir çay dəsti qorunur
Bakı, 22 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda XIX-XX əsrlərə aid Almaniya istehsalı olan nadir çay dəsti qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, çay dəsti köhnə Bakının nüfuzlu ziyalıları arasında zadəgan titulu ilə tanınan Aşurbəyov nəslindən olan Ağaşərif Aşurbəylinin olub.
Nadir çay dəsti - çaydan, qənd qabı, süd qabı, fincandan ibarətdir. Ağ fayansdan olan dəst dekol və qızıl işləməlidir. Dəstin bütün qabları üzərində A.Aşurbəylinin fotoşəkilləri həkk olunub.