“NARKOMANİYA - “AĞ ÖLÜM” ƏSRİN BƏLASIDIR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan şəhərindəki 14 nömrəli orta məktəbdə “Sevil” Qadınlar Məclisinin “Narkomaniya - “ağ ölüm” əsrin bəlasıdır” mövzusunda keçirdiyi tədbirdə çıxış edənlər bəşəriyyəti məhvə sürükləyən narkomaniyanın törətdiyi ağır fəsadlardan, onun cinayətlərə yol açmasından danışmış, yeniyetmə və gənclərin belə hallardan uzaqlaşdırılması sahəsində hər kəsin üzərinə düşən məsuliyyəti xatırlatmışlar.
Naxçıvan Şəhər “Sevil” Qadınlar Məclisinin sədri, əməkdar həkim Yazgül Rzayeva bu bəlaya qarşı beynəlxalq mübarizənin gücləndirilməsindən, narkotik maddələrin insan orqanizminə mənfi təsirindən söz açmışdır.