NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 320 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 26 kiloqram 143 qram heroin, 38 kiloqram 653 qram tiryək, 28 kiloqram 281 qram həşiş, 218 kiloqram 226 qram marixuana, 11 min 73 həb və 10 ampula psixotrop dərman preparatları, 8 kiloqram 822 qram sirkə anhidridi götürülmüşdür.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.
Cari ilin on ayında bu növ cinayətlər törətdiklərinə görə 2067 şəxs, o cümlədən 74 nəfər xarici vətəndaş yaxalanmış və məsuliyyətə cəlb olunmuşdur.
Göstərilən müddətdə qanunsuz əkilib becərilmiş 512 tondan artıq narkotik xassəli bitkilər aşkar olunub məhv edilmişdir.
Ölkə ərazisində “Xaş-xaş-2005” şərti adı altında əməliyyat-axtarış və profilaktika tədbirləri davam edir.