NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, səkkiz ayda respublikamızın ərazisində narkotiklərlə bağlı 2.034 cinayət faktı qeydə alınmışdır. Onlardan 780-i satışla əlaqədardır.
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 1.234 kiloqram 131 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 155 kiloqram 234 qram marixuana, 851 kiloqram 491 qram həşiş, 126 kiloqram 27 qram tiryək, 111 kiloqram 379 qram heroin, 490 həb, 90 ampula diazepam, 1000 ədəd ekstazi dövriyyədən çıxarılmış, 313 tondan artıq narkotik xassəli bitki məhv edilmişdir.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılıqla daşınmasına qarşı mübarizəyə, onların daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər.