Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 6 may, AZƏRTAC
Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı A.Əsgərov saxlanılıb. Onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı 7 kiloqram marixuana və metamfetamin aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polisin daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdiyi növbəti tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı R.Məmmədxanlı saxlanılıb. Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]