NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI CİDDİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR
Komitədən AZƏRTAC-a demişlər ki, məqsəd Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiqlənmiş 2000-2006-cı illər üçün "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"dan irəli gələn vəzifələri yerinə yetirmək, ötən müddət ərzində görülmüş işlərə yekun vurmaq, çatışmazlıqları müəyyənləşdirərək aradan qaldırmaq və bu işi daha da gücləndirmək üçün yollar axtarmaqdan ibarətdir.
Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Güloğlan Muradov bu sahədə görülən tədbirlərdən danışmış, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi, çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsinə dair tapşırıqlar vermişdir.
Bildirilmişdir ki, son vaxtlar Əfqanıstanda tiryək istehsalı sahələri xeyli artmış və ötən il 3600 ton tiryək xammalı istehsal olunmuşdur. Şübhəsiz ki, bu da öz təsirini ətraf dövlətlərdə, o cümlədən tranzit ölkəsi sayılan Azərbaycanda göstərməyə bilməz. Bu baxımdan həmin narkotikin bir hissəsinin respublikamızın ərazisi ilə Avropaya keçirilməsinə cəhd göstərilməsinin qarşısını almaq üçün gömrük orqanları ciddi tədbirlər görməlidir.
Müşavirədə qarşıya qoyulan vəzifələrə layiqincə əməl olunması, bu sahədə mübarizənin daha keyfiyyətli həyata keçirilməsi qərara alınmışdır.