NATALYA MƏMMƏDOVA KRASNODARIN “DİNAMO” KLUBUNDA ÇIXIŞ EDƏCƏKDİR
Bakı, 9 iyul (AZƏRTAC). Voleybol üzrə Azərbaycan yığmasının və Ankaranın “Türk Telekom” klubunun hücumçusu Natalya Məmmədova Krasnodarın “Dinamo” klubu ilə müqavilə imzalamışdır.
N.Məmmədova 2007-ci ildə Çempionlar liqasının ən yaxşı bombardiri olmuş, Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülmüş, Bakının “Azərreyl”, İtaliyanın “Biqmat”, İsveçrənin “Volero” və Türkiyənin “Türk Telekom” klublarında oynamışdır.
“Dinamo” Super liqada oynamaq hüququnu ötən mövsüm Rusiya birinciliyinin birinci liqasının qalibi olduqdan sonra qazanmışdır. N.Məmmədova Rusiya çempionatında çıxış edəcək ikinci Azərbaycan voleybolçusu olacaqdır. Bundan əvvəl Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko Moskvanın “Dinamo” klubu ilə müqavilə imzalamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]