NATO Müdafiə Kollecinin rəisinə regiondakı hərbi-siyasi vəziyyət barədə məlumat verilib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-mayor Yanuş Boyarski ilə Müdafiə Nazirliyində görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO Müdafiə Kollecinin rəisinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, həmçinin qoşunların qarşıdurma xəttindəki cari əməliyyat şəraiti barədə məlumat verilib.
Görüşdə Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusilə də Silahlı Qüvvələrimiz ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, ölkəmizin Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına töhfəsi ətraflı müzakirə olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göstərilən dəstəyə görə qonağa təşəkkür edib.
General-mayor Y.Boyarski Müdafiə Kollecinin fəaliyyəti barədə məlumat verərək Azərbaycana səfərdən məmnunluğunu diqqətə çatdırıb. O, Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini xüsusi vurğulayıb. Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarının 31 ölkəsindən olan 120 nəfərlik heyətin əksəriyyətinin müdafiə və təhlükəsizlik sahəsində strateji vəzifələrdə çalışdığını diqqətə çatdıran qonaq belə səfərlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [01:29]
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
- 12.06.2026 [18:46]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 11.06.2026 [22:14]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]