NATO-nun Baş katibi Makrona Ukrayna məsələsində müttəfiqlərlə məsləhətləşməyi tövsiyə edib
Bakı, 11 mart, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq Fransa Prezidenti Emmanuel Makrona Ukrayna ilə bağlı müzakirələr fonunda başqa ölkələrə qoşun göndərilməsi ilə bağlı bəyanatlar verməzdən əvvəl müttəfiqləri ilə məsləhətləşməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Stoltenberq təsdiqləyib ki, NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur.
Baş katibdən Makronun səhv edib-etmədiyini soruşduqda, o, belə cavab verib: “Düşünürəm ki, bizim məsləhətləşmələrimiz və mühüm mövzulara ümumi yanaşmamız vacibdir”.
Qeyd edək ki, ötən ayın sonunda Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirib. O, daha sonra ifadəsinə düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək onu etməklə eyni deyil”.
AZƏRTAC-0-
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]