NATO-nun Baş katibi Qərbi Balkan regionundakı vəziyyətlə maraqlanıb
Belqrad, 4 mart, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç ilə NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Aleksandar Vuçiç sosial media hesabındakı paylaşımda bildirib.
Serbiya Prezidenti söhbət zamanı Qərbi Balkan regionundakı vəziyyət və ölkəsi ilə NATO arasında ikitərəfli münasibətlər barədə müzakirələr aparıldığını qeyd edib.
“Biz regionda məsuliyyətli və ciddi davranışın vacibliyini, eləcə də sülhün qorunub saxlanmasının bölgədə yaşayan bütün insanların əsas marağında olduğunu vurğuladıq”, - deyə Aleksandar Vuçiç bildirib.
Tərəflər, həmçinin gələn ay Brüsseldə görüş keçirmək barədə razılaşıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]