NATO-nun Baş katibi Serbiya və Kosovonu dialoqu davam etdirməyə çağırıb
Belqrad, 21 noyabr, AZƏRTAC
Qərbi Balkan ölkələrində səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Serbiya ilə Kosovo arasında davam edən gərginlik müzakirə olunub. NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolu vurğulanıb.
Y.Stoltenberq Serbiyanın NATO ilə koordinasiyalı fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, tərəfləri gərginliyi artırmamağa, diqqəti dialoq prosesinə yönəltməyə çağırıb. Vurğulayıb ki, bu, sülh və sabitliyə aparan yeganə yoldur.
Aleksandar Vuçiç isə NATO və KFOR ilə əməkdaşlığın Serbiya üçün vacib olduğunu deyib. NATO ilə əlaqələrindən məmnunluğunu ifadə edən Serbiya Prezidenti ölkəsinin hərbi tərəfsiz mövqeyini davam etdirəcəyini vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]