Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası zəngin turizm potensialına malikdir

Naxçıvan, 6 noyabr, AZƏRTAC

Bu gün Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri də turizmdir. Respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə məşğulluğun artması, yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyətə malik olan turizm uzun illərdir ki, dövlət siyasətinin prioritet məsələlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Dövlət Proqramının icrası turizmin inkişafı istiqamətində görülən işlərin

davamlı xarakter almasına təkan verib

Muxtar respublikanın nadir təbii, mədəni obyektlər kompleksinə malik olması bu qədim diyarda turizmin inkişafı üçün yeni perspektivlər açır. Əlverişli iqlim şəraiti, flora və faunanın müxtəlifliyi, tarixi-mədəni irs, yüksək qonaqpərvərlik ənənələri Naxçıvanda zəngin turizm potensialının mövcudluğundan xəbər verir. Bu potensialdan istifadə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada turizmin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsini təmin etmək məqsədi daşıyır. Həmin məqsədə nail olmaq üçün irimiqyaslı infrastruktur layihələri icra edilir, mədəniyyət obyektlərinin əsaslı təmir olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası görülən işlərin davamlı xarakter almasına təkan verməkdədir.

Turizm potensialı təbliğ olunur

Proqramda muxtar respublikaya turistlərin cəlb edilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub. Bu məqsədlə internet resurslarından səmərəli istifadə olunması isə müasir dövrün mühüm qanunauyğunluqlarından biri hesab edilir. Qısa zaman kəsiyində bol informasiyanın yayılması və təsirediciliyinin çox olması internet ehtiyatlarından məqsədəuyğun istifadəni indiki dövrün zərurətlərindən birinə çevirib. Bu istiqamətdə muxtar respublikanın turizm potensialını nümayiş etdirən məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət proqramının icrasına uyğun olaraq iyul-sentyabr aylarında turizmlə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların daim yenilənməsinin təmin edilməsi diqqət mərkəzində olub. Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrinə 200-dən çox məlumat daxil edilib, 70 mindən çox baxış sayı qeydə alınıb. Turistlərin məlumatlılığının artırılması məqsədilə mərkəzin elektron poçt ünvanına və sosial şəbəkə hesablarına daxil olan 31 müraciət aidiyyəti üzrə cavablandırılıb. Xarici ölkələrdə və Azərbaycan Respublikasında fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə 2 mindən çox məlumat göndərilib. Həmçinin bu dövrdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin yeni internet səhifələrinin hazırlanması istiqamətində iş aparılıb. Qeyd olunanlarla yanaşı, kütləvi informasiya vasitələrinin imkanlarından istifadə də diqqətdə saxlanılıb. Belə ki, iyul-sentyabr aylarında muxtar respublikanın turizm imkanları barədə kütləvi informasiya vasitələrinə 3 məlumatlandırıcı müsahibə verilib, 2 televiziya və 2 radio verilişində iştirak edilib.

Turizm imkanlarının əhatəli nümayiş etdirilməsində reklam-informasiya vasitələri xüsusi rol oynayır. Bu istiqamətdə reklamın əsas məqsədi muxtar respublikanın əlverişli imicini yaratmaq, potensial istehlakçını öz səyahəti üçün bu məkanı seçməyə sövq etməkdir. Üçüncü rübdə turizmlə bağlı reklam-informasiya materiallarının tərtib olunması diqqətdə saxlanılıb, Naxçıvan şəhərində Sahil Parkı üçün buklet hazırlanıb. Eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının Bələdçi kitabı”nın hazırlanması davam etdirilib.

Turistlərin rahatlığını təmin edən addım - Naxçıvanda elektron taksi xidməti fəaliyyətə başlayıb

Dünya təcrübəsində turizm sektorunun inkişafını şərtləndirən bir sıra mühüm amillər vardır. Turizm zonaları, müvafiq turlar, xidmət yerləri və bir çox sahələrdə turist seçimləri müxtəliflik göstərsə də, nəqliyyat imkanlarının əlçatanlığı, bu mənada, ümumi tələb hesab oluna bilər.

Muxtar respublikanın ixtisaslaşmış turizm məkanına çevrilməsini sürətləndirəcək tədbirlərin əhatə olunduğu Dövlət Proqramında turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulub. Bu məqsədlə üçüncü rübdə Naxçıvanda elektron taksi xidməti fəaliyyətə başlayıb. Mobil operatorlardan 288 qısa nömrəsinə zəng etməklə sifariş olunan və vahid mərkəzdən idarə edilən xidmətin üstünlüyü sifarişçiyə ən yaxın məsafədən mənzil başına çatmağa zəmanət verməsidir. Yeni fəaliyyətə başlayan xidmət muxtar respublikaya səfər etmək istəyən turistlər üçün rahatlıq və əminlik vəd etməkdədir.

Muxtar respublikanın zəngin mədəni irsi, qədim tarixi mühüm tədqiqat predmeti kimi daim diqqəti cəlb edib

Muxtar respublikanın zəngin mədəni irsi, qədim tarixi mühüm tədqiqat predmeti kimi daim diqqəti cəlb edib. Aparılan araşdırmaların nəticələri isə mövcud turizm potensialının elmi cəhətdən təşviqi üçün mənbə rolunda çıxış etməkdədir. Üçüncü rübdə Dövlət Proqramının icrası məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən muxtar respublikada turizmin inkişafı və perspektivləri, eləcə də turizm marşrutları üzrə bir neçə abidənin daxil edildiyi 3 monoqrafiya nəşr olunub.

İyul-sentyabr aylarında Naxçıvanın özünəməxsus dəyərlərinin və məhsullarının, o cümlədən sənətkarlıq nümunələrinin təşviqi də diqqətdə saxlanılıb, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən milli mətbəx nümunələrinin təbliğ edildiyi 2 televiziya verilişinin hazırlanmasında iştirak edilib. Mərkəzin “YouTube” kanalında eyni məqsədlə 4 videoçarx yerləşdirilib. Üçüncü rübdə Naxçıvanı tanıdan 88 suvenir və hədiyyəlik xatirə əşyası hazırlanaraq Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə göndərilib, 27-nin satışı həyata keçirilib.

Dünya standartlarına cavab verən turizm obyektləri inşa olunub

Dövlət Proqramında kənd turizminin inkişaf etdirilməsi ilə bağlı müəyyən edilmiş tədbirlər muxtar respublikada davamlı turizm potensialının gücləndirilməsinə hesablanıb. Çünki kənd turizminin digər turizm növləri ilə asanlıqla inteqrasiya oluna bilmə qabiliyyəti həmin növlərin də inkişafına və cəlbediciliyinin artmasına şərait yaradır. Naxçıvanda bu sahədə dünya standartlarına cavab verən turizm obyektlərinin inşasına mühüm önəm verilir. Bu baxımdan Ağbulaq turist kəndinin yaradılması ilə bağlı görülən işlər xüsusilə qeyd edilməlidir. Bütün bunlarla yanaşı, kənd turizm obyektlərinin yaşayış məntəqələrinə kifayət qədər yaxın yerləşməsi və təbii ehtiyatlardan istifadə imkanlarının geniş olması bu sahənin dünya miqyasında önəmini artırmaqdadır. Muxtar respublikada üçüncü rübdə kənd turizminin inkişafı məqsədilə Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında ekoturizm baxımından əhəmiyyətli obyektlərin, kirayə evlərin və həyətyanı sahələrin aşkar olunması istiqamətində iş aparılıb, 26 yararlı kənd evi müəyyən edilib.

Peşəkar kadrların yetişdirilməsi turizmin gələcək inkişafının təməlini formalaşdırır

Turizm sektoru bir tərəfdən hər bir ölkə üçün mühüm gəlir mənbəyi, digər tərəfdən isə məşğulluğun təmin olunmasında önəmli rol oynayan faktorlardandır. Bu sahədə peşəkar kadrların yetişdirilməsi muxtar respublikada turizmin gələcək inkişafının təməlini formalaşdırır. Üçüncü rübdə Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə peşə kursları davam etdirilib. Liseydə bu ixtisas üzrə peşə təhsilini başa vurmuş 9 müdavim sertifikatla təmin olunub.

Onu da qeyd etmək lazımdır ki, turizm sahəsi öz nümayəndələrindən müasir tələblərə uyğun peşəkarlıq tələb etməklə daim yenilənən və təkmilləşən cəhətlərə malikdir. Bu sektorun nümayəndələrinin yeni tələblərə uyğun maarifləndirilməsi və onlarla işin beynəlxalq standartlar çərçivəsində qurulması xüsusi diqqət tələb edən məsələdir. Üçüncü rübdə Dövlət Proqramının icrasına uyğun olaraq turizm sektorunun nümayəndələri üçün onlayn qaydada “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydalarının tətbiqi” mövzusunda seminar, “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” adlı konfrans keçirilib.

Naxçıvan diqqəti cəlb edən turizm məkanına çevrilib

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası əlverişli mühit formalaşdırmaqla muxtar respublikanı diqqəti cəlb edən turizm məkanına çevirməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Artıq Naxçıvan həm də turizm mərkəzinə çevrilmişdir...”

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası