NAXÇIVAN TELERADİOSU VERİLİŞLƏRİNİN GÜNDƏLİK EFİR MÜDDƏTİ 14 SAATA ÇATDIRILACAQDIR
Ali Məclisin sədri Vasif Talıbov televiziya və radionun böyük ictimai təsir gücündən, əhalinin maarifləndirilməsində mühüm əhəmiyyətindən danışmışdır. Xatırlatmışdır ki, son illər muxtar respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox işlər görülmüşdür. Belə ki, Naxçıvan teleradio verilişlərinin muxtar respublika ərazisində ayrıca kanalla yayımlanması təmin edilmiş, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binası və studiyaları əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Ötən il “Kanal-35” televiziyasının, bundan əvvəl isə “Naxçıvanın səsi” radiosunun yayımına nail olunması efir məkanında əlamətdar hadisəyə çevrilmişdir.
Müşavirədə Naxçıvan televiziyası və radiosunun dekabr ayının əvvəllərindən 14 saatlıq iş rejiminə keçirilməsi üçün yeni proqramların hazırlanması, efir-aparat sistemi üçün yeni avadanlığın alınması barədə müvafiq tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]