Naxçıvanda 1816 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb
Bakı, 23 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin iyunun 1-nə muxtar respublika ərazisində 1816 ədəd yeni nəsil NKA quraşdırılıb.
Cari ilin yanvar-may aylarında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 62,6 milyon manatdan artıq, təkcə may ayında isə ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:42]
Neft qiymətləri həftəni itkilərlə tamamlayır
- 05.06.2026 [15:18]
Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir
- 05.06.2026 [14:30]