NAXÇIVANDA ƏLİLLƏRİN BƏRPA MƏRKƏZİNİN AÇILIŞI
Mərkəzin yaraşıqlı binası qarşısında toplaşmış minlərlə insan dövlətimizin başçısını böyük mehribanlıqla və hərarətli alqışlarla qarşıladılar.
Respublikamızın rəhbəri İlham Əliyev Mərkəzin açılışını bildirən lenti kəsdi, buradakı Heydər Əliyev guşəsi ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, Mərkəzin ümumi sahəsi 1400 kvadratmetrdir. Burada hər ay 20 əlilin pulsuz müalicəsi üçün müxtəlif müalicə otaqları, trenajor salonu, hovuz, müasir standartlara cavab verən avadanlıqla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir.