Naxçıvanda “Evdə qal, sən də yarat” adlı onlayn rəsm müsabiqəsinə start verilib
Naxçıvan, 23 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq və yeniyetmələr arasında “Evdə qal, sən də yarat” adlı onlayn rəsm müsabiqəsi keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqəyə heç yerdə sərgilənməmiş və yeni çəkilmiş əsərlər təqdim olunmalıdır. Mövzu seçimi sərbəstdir, lakin sağlamlıqla bağlı və insanların səhhətini qoruması ilə əlaqədar orijinal düşüncəni özündə əks etdirən əsərlərə daha çox üstünlük verilir.
Müsabiqəyə təqdim olunan əsərlərə Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş münsiflər heyəti baxacaq, qalibləri müəyyən edəcək. Nəticələr aprelin 27-də nazirliyin internet saytında və sosial şəbəkə hesablarından elan olunacaq. Qaliblər nazirliyin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən 18 yaşadək uşaq və yeniyetmələr çəkdikləri bir və ya iki rəsm əsərinin fotosunu [email protected] e-mail adresinə və yaxud (050) 867-57-57 vatsap nömrəsinə göndərə bilərlər.