NAXÇIVANDA İŞSİZLİK PROBLEMİ ARADAN QALDIRILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvanda yeni tikilmiş obyektlərdən biri də sənaye kompleksidir. İtaliya və Türkiyədən gətirilmiş müasir avadanlıqla təchiz edilmiş, 120 nəfərin çalışdığı sənaye kompleksində çörək, makaron və peçenye istehsal olunur. Yaxın günlərdə burada müxtəlif çeşidli ət məhsullarının istehsalına başlanılacaq, meyvəqurutma sexi quraşdırılacaqdır.
Nəticədə müəssisədə çalışan işçilərin sayı iki dəfə artacaqdır. Bu da Muxtar Respublikada işsizliyin aradan qaldırılmasına xeyli kömək edəcəkdir.