Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Naxçıvan, 20 mart, AZƏRTAC

Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını bütün zənginliyi ilə özündə yaşadır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi formalaşıb. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir.

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada Novruz bayramı sabitlik və əmin-amanlıq şəraitində qeyd olunur, sabaha olan xoş ümidlərlə qarşılanır. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bu bayram insanlarda doğma Vətənə, millətə, dövlətə sevgi və sədaqət hissi aşılayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib: “Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapmışdır”.

Ümumxalq bayramı olan Novruz yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qeyd olunur. Hər il Naxçıvan Muxtar Respublikasında da Novruz bayramı günlərində xalq yaradıcılığı günləri keçirilir, bayram tədbirləri təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev sarayında Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə iştirak edib.

Milli geyimli uşaqlar Ali Məclisin Sədrinə Novruzun rəmzi olan səməni təqdim ediblər.

Ali Məclisin Sədri bayram tonqalını yandırıb.

Şənlikdə el ağsaqqalı Dədə Qorqud öz xeyir-duasını verib, Novruzla gələn yeni ilin dövlətimiz və xalqımız üçün düşərli olmasını arzulayıb. Xalq qəhrəmanları Babək və Koroğlu xalqımızın vətənpərvərlik, qəhrəmanlıq şücaətlərindən söz açıb, Novruz bayramının gəlişi münasibətilə təbriklərini çatdırıblar.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı “İgidlər” rəqsini ifa edib.

Sonra Ali Məclisin Sədri sarayın foyesində Novruz bayramı münasibətilə təşkil olunan sərgiyə baxıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xalq yaradıcılığına aid sərgisi ilə tanışlıq zamanı bildirilib ki, muxtar respublikada istedadlı qadınların üzə çıxarılması, onların əl işlərinin satış-sərgilərinin təşkil olunması diqqət mərkəzində saxlanılır. Bugünkü sərgidə də xüsusi istedada malik olan qadınların toxuculuq bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirən əl işləri, muxtar respublikanın tarixi abidələrini, təbiət mənzərələrini əks etdirən toxuculuq nümunələri sərgilənir.

Bayram şənliyində gənc Heydərçilər Ulu Öndərimizə və Vətənimizə həsr olunan şeirlər söylədilər.

Ali Məclisin Sədri gənc Heydərçilərlə şəkil çəkdirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən muxtar respublikada xalq yaradıcılığı günləri keçirilir, xalqımıza xas milli xüsusiyyətləri özündə cəmləşdirən bədii sənətkarlıq nümunələri qorunub saxlanılır, xalq sənətkarlığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq yaradıcılığı guşəsində ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, dulusçuluq, misgərlik və müxtəlif əl işləri nümunələri nümayiş olunub.

Hər bir xalqın tarixi yaratdığı mədəniyyət nümunələrində yaşayır. Sadə əl əməyinə əsaslanan dulusçuluq sənəti də Azərbaycanda ən qədim istehsal sahələrindən biri olub. Bu qədim el sənəti Naxçıvanda da tarixən mövcud olub, xüsusilə Naxçıvan xanlığı dövründə saxsı qablar istehsalı ilə məşğul olan dulusçu emalatxanaları fəaliyyət göstərib. Muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanan dulusçuluq əşyaları isə bu sənətin daha qədim tarixə malik olmasından xəbər verir. Tədbirdə dulusçuların hazırladıqları müxtəlif saxsı qablar, nümayiş etdirilən qədim dulusçuluq əşyaları və alətləri böyük maraq doğurub.

Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xalçalar xalqımızın zəngin bədii düşüncə tərzini və yüksək estetik zövqünü təcəssüm etdirir. Dekorativ-tətbiqi sənətkarlıq nümunələrinin beşiyi sayılan Naxçıvanda da xalçaçılıq məktəbi formalaşıb. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan xalçaçılıq məktəbinin yüzlərlə dəyərli nümunəsi qorunub saxlanılır. Son illər muxtar respublikada xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində bir sıra tədbirlər həyata keçirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Xalçaçılıq” üzrə peşə kursları açılıb, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi fəaliyyətə başlayıb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunub. Bu da Naxçıvanda tarixən formalaşan xalçatoxuma sənətinin hərtərəfli öyrənilməsi və yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir. Bayram şənliyində Naxçıvan qrupuna aid olan xalçalar, bədii tikmə və parça nümunələri nümayiş olunub.

Naxçıvanda cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, ney, balaban kimi qədim musiqi alətlərimiz bərpa olunur, onlar təbliğ olunaraq yaşadılır. Bu da musiqi mədəniyyətimizin geniş ictimaiyyətə və gələcək nəsillərə çatdırılması baxımından mühüm rola malikdir. Tədbirdə qədim milli musiqi alətlərimizin sərgisi də təşkil olunub.

Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin rəsm əsərlərinə, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə, Uşaq Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərinin xalq yaradıcılığına aid sərgilərinə baxıblar. Muxtar respublikanın təbiət mənzərələrini, tarixi abidələrini, müasir inkişafını əks etdirən rəsm əsərləri və əl işləri böyük maraq doğurub.

Azərbaycan folkloru çoxəsrlik tarixə malikdir. Muxtar respublikada fəaliyyət göstərən folklor kollektivləri bayram tədbirlərində, xüsusilə Novruz şənliklərində ümumxalq bədii təfəkkürünün məhsulu olan folklor nümunələri nümayiş etdirir, min illər boyu formalaşan adət-ənənələrimizin təbliğinə mühüm töhfələr verirlər. Naxçıvan Qızlar Liseyinin folklor qrupu da hər il Novruz şənliklərinə özünəməxsus şəkildə hazırlaşır, bir-birindən maraqlı kompozisiyalar təqdim edirlər. Xalqımızın məişət həyatını özündə əks etdirən bədii kompozisiya insanlarda elə, obaya, milli dəyərlərə məhəbbət hissini daha da artırır. Tədbirdə liseyin folklor qrupunun təqdim etdiyi “Bayram axşamı-axır çərşənbə” kompozisiyası da maraqla qarşılanıb.

Sərgi ilə tanışlıqdan sonra keçirilən bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Novruz xalqımızın milli bayramı olmaqla tarixən formalaşmış mənəvi dəyərlərimiz sırasında özünə mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında deyirdi ki, böyük mənəvi gücə malik olan bu bayram “ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam bəxş etmişdir”.

Ali Məclisin Sədri deyib: Hər bir xalqın ən böyük sərvəti onun milli dəyərləridir, bu dəyərlərdən formalaşan adət-ənənələridir. Ulu Öndərimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli dəyərlərə daim üstünlük vermiş, onların qorunması və yaşadılması qayğısına qalmışdır. Dahi şəxsiyyətin əsasını qoyduğu milli dəyərlərin qorunması xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün xalqımıza məxsus olan mənəvi sərvətlər bərpa edilərək yaşadılır, dünyada tanıdılır. Milli dəyərlərimiz geniş təbliğ olunur. Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, Birləşmiş Millətlər Təşkilatının martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi bunun əyani ifadəsidir.

Baharın builki gəlişinin ölkəmizdə və muxtar respublikada elan olunan “Kənd təsərrüfatı ili”nə təsadüf etdiyini bildirən Ali Məclisin Sədri deyib: Novruz təbiətin oyanışının, insanla təbiətin bağlılığının tərənnümçüsüdür. İnsanların təsərrüfat işləri ilə məşğul olması, yaz-tarla işlərinə hazırlıq görülməsi Novruz mərasimlərinin səciyyəvi xüsusiyyətidir.

Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, sabitliyimizin və torpaqlarımızın keşiyində dayanan hərbi hissələrin şəxsi heyətini, tədbir iştirakçılarını, eləcə də muxtar respublika əhalisini Novruz bayramı münasibətilə təbrik edib.

Sonra tədbir Naxçıvan Muxtar Respublikası Musiqi kollektivlərinin Novruz bayramı münasibətilə hazırladıqları konsert proqramı ilə davam edib.

Konsert Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupunun ifasında bədii kompozisiya ilə başlayıb.

Aşıq sənətinin qədim tarixi vardır. Xalqımızın musiqi mədəniyyətinin qədimliyindən xəbər verən aşıq poeziyası zəngin şifahi xalq ədəbiyyatına əsaslanır. Vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan bu sənətə Naxçıvanda da xüsusi qayğı ilə yanaşılır, aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Hər il Novruz bayramı şənliklərində saz havalarına geniş yer verilməsi bu diqqət və qayğının təzahürüdür. Bayram şənliyində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərindən Tural Bağırov və Könül Taroyevanın ifaları rəğbətlə qarşılanıb, səsləndirilən saz havaları hər kəsdə xoş ovqat yaradıb.

Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün və sazçalanlar ansamblının çıxışları alqışlarla qarşılanıb. Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupu da şənlik iştirakçılarına bayram ərməğanlarını təqdim edib, tulumçalan Amin Hüseynovun, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblının, Naxçıvan Dövlət Universitetinin xarici və yerli tələbələrinin ifaları şənliyə xüsusi rəng qatıb.

Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin nağaraçalanlar ansamblı ritmik musiqi nömrələri səsləndirib, Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün və Naxçıvan Musiqi Kollecinin qədim musiqi alətləri ansamblının maraqlı ifaları xoş ovqat yaradıb.

Azərbaycan xalqının mədəni sərvətləri sırasında özünəməxsus yer tutan yallı rəqsi əcdadlarımızın həyat tərzini, bədii-estetik zövqünü günümüzədək gətirib çıxarıb. Mərdlik və mübarizlik, vətənpərvərlik və həmrəyliyin mükəmməl bədii ifadəsi olan yallıların tarixi bəşəriyyətin yarandığı dövrdən başlayır. Naxçıvandakı qədim yaşayış məskənlərində, xüsusilə Gəmiqaya abidəsindəki daş salnamələrdə əks olunan yallı elementləri bunu bir daha təsdiq edir. Naxçıvanda keçirilən Novruz şənliklərini yallısız təsəvvür etmək mümkün deyil. Bayram tədbirində Naxçıvan Dövlət Filarmoniyasının Rəqs Ansamblının təqdim etdiyi yallı rəqsi birlik və həmrəyliyin daha bir təcəssümünə çevrildi.

Həmin gün Əcəmi seyrəngahında geniş bir ərazidə ictimai-iaşə xidməti təşkil olunub, muxtar respublika sakinlərinə müxtəlif növ milli yeməklər və şirniyyatlar təklif olunub, yerli istehsal məhsullarının və müxtəlif sənətkarların əl işlərinin sərgi və satışı həyata keçirilib. Naxçıvan şəhərinin Əcəmi seyrangahında təşkil olunan ictimai-iaşə xidməti bayram günlərində davam etdiriləcəkdir.

Muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə bayram şənlikləri keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb