Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 19,9 faiz artıb
Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 160,6 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz və ya 19,4 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 110,4 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 18,3 milyon manat və ya 19,9 faiz artıb. Ödənilən vergilərin 68,7 faizi qeyri-dövlət sektorunun, 31,3 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 20,2 milyon manatdan çox təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:05]
Balakəndə möhtəşəm konsert proqramı VİDEO
- 12.06.2026 [20:22]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]