Naxçıvanda Təcili Tibbi Yardım Mərkəzinin əməkdaşları təlimlərə cəlb olunublar
Naxçıvan, 2 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı həkimlər arasında "Təməl ilk yardım", "Ürək-damar sistemi üzrə təkmilləşdirilmiş təcili tibbi yardım" təlimləri təşkil olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə martın 1-dən 3-dək hər gün 5 saat olmaqla keçirilir. Təlimlərdə Təcili Tibbi Yardım Mərkəzinin 88 tibb işçisi - həkim, tibb bacısı, sürücü və sanitarlar iştirak edirlər.
Beynəlxalq təlim mərkəzi “Medic School”un mütəxəssisləri tərəfindən keçirilən təlimlərin sonunda iştirakçılara qiymətləndirməyə uyğun olaraq sertifikat veriləcək.