Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb – YENİLƏNİB VİDEO
Naxçıvan, 12 noyabr, AZƏRTAC
Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsinin anbarında baş verən yanğın söndürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Şəhər Dövlət Yanğından mühafizə hissəsindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib, onlara ilkin tibbi yardım göstərilib.
19:26
Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsinin anbarında yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunublar.