Nazir müavini: Bu il keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib
Bakı, 4 sentyabr, AZƏRTAC
Cari ilin 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli müəllimlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə söyləyib. Qeyd olunub ki, 1 334 nəfər keçid balını toplayaraq növbəti mərhələdə iştirak imkanı qazanıb. Təkrar imtahanda iştirak edən müəllimlərdən 605-i müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, imtahanda iştirak etməyən 137 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]