Nazir Rəşad Nəbiyev Füzulidə vətəndaşlarla görüşəcək
Bakı, 22 iyul, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 25-də saat 09:00-da Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Görüşə iyulun 24-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:57]
Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]