Nazir: Sloveniya Orta Dəhlizdən istifadə edərək Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətindədir

Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan regionda dinamik inkişaf edən dövlətdir və Sloveniya müxtəlif sahələr üzrə Azərbaycan ilə yaxın əməkdaşlıq əlaqələri qurmaq arzusundadır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan-Sloveniya biznes-forumunda çıxışı zamanı Sloveniyanın xarici işlər və Avropa işləri üzrə naziri Tanya Fayon deyib.
“Biz Azərbaycan ilə qonşu ölkə deyilik, lakin qarşılıqlı əlaqələrimizin inkişafı, energetika sahəsindəki əməkdaşlığımız və perspektivdə münasibətlərimizin daha da yaxınlaşması gözləntisi ölkələrimiz arasındakı məsafəni xeyli azaldıb. Azərbaycan coğrafi baxımdan əhəmiyyətli regionda, Qərb ilə Şərqi birləşdirən ticarət yollarının üzərində yerləşir. Orta Dəhliz Avropada ticarətin genişlənməsi üçün olduqca əhəmiyyətlidir. Sloveniya da bu dəhlizdən istifadə edərək Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Sloveniya Azərbaycan ilə əczaçılıq, enerji, nəqliyyat, tranzit, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlıq etmək istəyir. Faydalı əməkdaşlıq üçün hər iki tərəfin böyük iqtisadi potensialı var və bu potensialdan istifadə etmək zərurəti yaranıb”, - deyə sloveniyalı nazir qeyd edib.
Tanya Fayon əlavə edib ki, bugünkü biznes-forum şirkətlər və biznes strukturları arasında işgüzar mühitin yaranmasına səbəb olacaq və gələcəkdə qarşılıqlı sərmayələrin həcminin artmasına şərait yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [10:25]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
- 14.05.2025 [10:21]
Dünya birjalarında neftin ucuzlaşması davam edir
- 14.05.2025 [10:20]
Azərbaycan neftinin qiyməti 68 dolları ötüb
- 13.05.2025 [20:56]
Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb
- 13.05.2025 [18:56]
DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
“Praqa Baharı” musiqi festivalı yenidən qapılarını qonaqlara açıb
- 13.05.2025 [23:41]
Ukrayna Silahlı Qüvvələri: Cənub regionlarında qızğın döyüş gedir
- 13.05.2025 [22:33]
Tramp Suriya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb
- 13.05.2025 [21:36]
Kanadanın Baş naziri hökumətin yeni tərkibini formalaşdırıb
- 13.05.2025 [21:13]
Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb
- 13.05.2025 [20:56]
İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 13.05.2025 [20:08]
Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti ilə görüşəcək
- 13.05.2025 [20:05]
ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq
- 13.05.2025 [19:40]
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ADPU-da olub
- 13.05.2025 [19:01]
DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
- 13.05.2025 [18:56]