ELM VƏ TƏHSİL
Nazirlik: 171 namizəd məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi üzrə müsahibədə iştirak edəcək
![Nazirlik: 171 namizəd məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi üzrə müsahibədə iştirak edəcək](/files/2023/3/1200x630/169832403891094055_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar təqdim edilir.
Müsahibə mərhələsində 3 meyar üzrə maksimum bal 5-dir. Minimum 3,5 bal və daha yüksək nəticə göstərən namizədlər bu mərhələdə uğur qazanacaqlar.
Qeyd edək ki, 171 namizəd müsahibə mərhələsində iştirak şansı qazanıb.