Nazirlik: 2018-2025-ci illərdə işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb
Bakı, 13 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişlənməklə həmin proqramlara cəlb edilənlərin sayı da ciddi şəkildə artıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 3,6 dəfə artaraq 189 min, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2,7 dəfə artaraq 16,8 min nəfər təşkil edib.
Ötən il 18,4 min nəfər peşə hazırlığına cəlb edilib ki, bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə çoxdur.
Peşəyönümü xidmətlər göstərilən şəxslərin illik sayı isə həmin dövrdə 3 dəfəyə yaxın artaraq 342,7 minə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [18:15]
Bakıda daha bir narkokuryer saxlanılıb VİDEO
- 13.02.2026 [17:40]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 13.02.2026 [16:41]
Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb
- 13.02.2026 [16:39]