NBA: Luka Donçiçin 45 xalı komandasını məğlubiyyətdən xilas etməyib
Bakı, 14 mart, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən gecə daha beş qarşılaşma təşkil olunub.
Günün mərkəzi görüşündə "Miluoki Buks" evdə “Los-Anceles Leykers”i 126:106 hesabı ilə üstələyib. Bununla da Kaliforniya klubu müntəzəm mövsümdə ardıcıl 3-cü məğlubiyyətini alıb.
Qalib komandanın ən yaxşı məhsuldar oyunçusu Giannis Adetokunbo olub. Yunanıstanlı forvard 24 xal və 12 ribaundla dabl-dabl edib. Bruk Lopes 23, Damian Lillard və Kevin Porter hərəyə 22 xal toplayıb. Qonaqların heyətində isə 45 xalla sloveniyalı Luka Donçiç fərqlənib. Ostin Rivz 28, Dalton Knext 10 xalla yadda qalıb. Bu nəticədən sonra "Miluoki Buks" Şərq konfransında, “Los-Anceles Leykers” isə Qərb konfransında dördüncü pillədə qərarlaşıb.
Matçların nəticələri
“Detroit Pistons” - “Vaşinqton Vizard” – 125:129
“Nyu Orlean Pelikans” - “Orlando Mecik” – 93:113
"Qolden Steyt Uorriors" - "Sakramento" – 130:104
"Miluoki Buks" - “Los-Anceles Leykers” – 126:106
“Çikaqo Bullz” - “Bruklin Nets” – 116:110.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]