Neft-Kimya Prosesləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlanıb
Bakı, 10 iyun, AZƏRTAC
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təhsil alan I kurs magistrantların 2020/2021-ci tədris ili üzrə yay imtahan sessiyası başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iyunun 10-da neft, ətraf mühit, nanomateriallar kimyası ixtisasları üzrə təhsil alan 1-ci kurs magistrantların kimyanın tarixi və metodologiyası fənnindən imtahanı keçirilib. Pedaqoji elmlər doktoru, dosent Almaz Tağıyevanın sədrliyi ilə aparılan imtahan koronavirus (COVID-19) pandemiyası ilə bağlı göstərilən tələblərə uyğun təşkil olunub.