Neft-qaz problemləri və perspektivlərinə dair elmi-praktik konfrans
Bakı, 25 may, AZƏRTAC
Neft və Qaz İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Neft-qaz problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransı açan elmi müəssisənin direktoru, akademik Fəxrəddin Qədirov ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs edib. İnstitutun elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov “Əsrin müqaviləsi” ilə başlayan yeni neft strategiyasının nailiyyətlərindən danışıb.
Elmi-praktik konfrans neft və qaz geologiyası, geokimya, geofizika, geodinamika, geoekologiya, hidrogeologiya, neft-qaz yataqlarının işlənməsi və istismarı, quyu qazma texnologiyaları istiqamətləri üzrə davam edib.
Qeyd edək ki, konfransa ümumilikdə 46 tezis təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]