Neftçala rayonunda 114 yulğun kolunun kökündən çıxarılaraq məhv edildiyi aşkarlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökündən çıxarılaraq məhv edildiyi, 588 kubmetr həcmində qumun qazılaraq aparıldığı, 600 kubmetr həcmində münbit torpaq qatının korlandığı aşkar edilib.
Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunauyğun tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]