Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçalada 90-cı Aqrar Biznes Festivalı və “I Balıq” Festivalı keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Balıqçılıq və akvakultura sahəsinin təbliği, ölkədə balıq ehtiyatlarının dayanıqlılığının təmin edilməsi, aqrar sahədə innovativ yeniliklərin geniş ictimaiyyətə çatdırılması və istehsalçılarla istehlakçılar arasında birbaşa ünsiyyətin qurulması məqsədilə Neftçala rayonunda “I Balıq” Festivalı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində Neftçala və ətraf bölgələrdə fəaliyyət göstərən akvakultura və balıqçılıq təsərrüfatları, emal müəssisələri və müxtəlif istehsal, emal və ixrac potensialına malik şirkətlər öz məhsullarını təqdim ediblər. Ziyarətçilər təzə, hisə verilmiş və dondurulmuş balıq məhsullarının geniş çeşidi ilə tanış olmaqla yanaşı, akvakultura prosesində tətbiq olunan müasir texnologiyalar barədə yerindəcə məlumat əldə etmək imkanı qazanıblar.

Festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bölgələrdə təşkil olunan məhsul festivallarının əhəmiyyətindən danışıb. O, bu festivalların regional iqtisadi aktivliyin artırılması, yerli istehsalçıların bir araya gətirilməsi və məhsulların tanıdılması baxımından mühüm rol oynadığını qeyd edib. Z. Əliyev çıxışında Aqrar Biznes Festivallarının kənd təsərrüfatı məhsullarının geniş auditoriyaya çıxarılması, fermer-istehlakçı əlaqələrinin gücləndirilməsi və aqrar innovasiyaların təşviqi üçün əlverişli platforma olduğunu vurğulayıb.

Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verdiyi töhfəni xüsusi qeyd edib. İcra başçısı, həmçinin Prezident İlham Əliyevin Neftçala rayonuna göstərdiyi diqqət və qayğı, eləcə də dövlət başçısının bölgəyə etdiyi səfərlər barədə festival iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Balıq festivalı rayonun özünəməxsus təbii sərvətlərinin, xüsusilə də balıqçılıq ənənələrinin daha geniş auditoriyaya çatdırılmasına, eyni zamanda, yerli sahibkarlığın və turizmin inkişafına mühüm stimul verir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov mərkəz tərəfindən bölgələrdə təşkil olunan məhsul festivallarının məqsədi və iqtisadi-sosial əhəmiyyəti haqqında məlumat verib. O bildirib ki, məhsul festivalları yerli istehsalın stimullaşdırılması, innovativ aqrar texnologiyaların yayılması və regionların potensialının daha geniş tanıdılması baxımından mühüm rol oynayır. A. Cəfərov Balıq festivalının bölgələrdə keçirilən sayca 19-cu festival olduğunu və tədbirin həm balıqçılıq sektorunun, həm də ümumilikdə aqrar sahənin inkişafına töhfə verəcəyini vurğulayıb.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev çıxışında bildirib ki, Neftçala rayonu uzun illərdir balıqçılıq və akvakultura üzrə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Hazırda bölgədə böyük akvakultura müəssisələri və nərə balığı yetişdirilməsi üzrə ixtisaslaşmış təsərrüfatlar fəaliyyət göstərir və bu potensial festivalın əhəmiyyətini daha da artırır.

Festival zamanı iştirakçı qurumlar tərəfindən birgə balıq buraxılışı, çəkikimilər, nərəkimilər və digər qiymətli balıq növlərinin akvarium və hovuzlarda nümayişi, müxtəlif balıqların təqdimatı və akvakultura proseslərini əks etdirən texnoloji təqdimatlar həyata keçiriblər.

Ziyarətçilərə çökə, nərə, uzunburun və digər balıq növlərinin göstərilməsi ilə yanaşı, USM diaqnostika avadanlıqları, məlumatlandırıcı lövhələr və videoçarxlar vasitəsilə balıq yetişdirilməsinin mərhələləri izah olunub.

Festival media nümayəndələri üçün xüsusi mediatur proqramı ilə müşayiət olunub və jurnalistlərə akvakultura təsərrüfatlarının fəaliyyəti, yetişdirilən balıq növləri, tətbiq olunan texnologiyalar və regionun potensialı barədə məlumatlar təqdim və nümayiş etdirilib.

Festival çərçivəsində “Azerbaijan Fish Farm” MMC-ə infotur təşkil edilib. Tur zamanı iştirakçılar müəssisənin istehsalat prosesi, akvakultura sahəsində tətbiq olunan müasir texnologiyalar, nərə balığı və digər balıq növlərinin yetişdirilməsi üzrə aparılan işlərlə yaxından tanış olublar.

“I Balıq” Festivalı ilə paralel olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 90-cı yubiley Aqrar Biznes Festivalı keçirilib. Tədbir çərçivəsində müxtəlif kənd təsərrüfatı texnikaları və müasir aqrar texnologiyalar, bitki mühafizə vasitələri, “ağıllı suvarma” sistemləri, ting və toxum nümunələri sərgilənib.

Tədbirdə, həmçinin müxtəlif aqrar startapçılar da iştirak edərək innovativ həllərini və tətbiq etdikləri texnologiyaları nümayiş etdiriblər. Gənc startapçılar akvakultura və aqrar texnologiyalar üzrə hazırladıqları layihələri təqdim edib, sahə üzrə yeni həllər, rəqəmsal tətbiqlər və müasir idarəetmə modelləri üzrə ideyalarını paylaşıblar.

Neftçalanın ilk “Balıq Festivalı” bölgənin balıqçılıq irsinin və turizm imkanlarının tanıdılması baxımından uğurlu və rəngarəng bir layihə kimi yadda qalıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub