“Neftçi-2” qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirib
Bakı, 22 yanvar, AZƏRTAC
“Neftçi-2” qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda “Turan Tovuz” klubu ilə qarşılaşıb.
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə qollu heç-heçə qeydə alınıb - 1:1. “Neftçi”nin heyətində Xaqani Sadıxov fərqlənib.
Qeyd edək ki, “Neftçi-2” toplanış çərçivəsində bundan əvvəl “Füzuli” klubu ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb. “Neftçi-2” daha 2 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda yanvarın 26-da “Qarabağ-2”, fevralın 2-də isə U-18 millisi ilə yoxlama görüşü nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]