“Neftçi” ilə oyun “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XXXII turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, “Neftçi” ilə səfər oyunu (4:2) Ramil Şeydayevin Azərbaycan çempionatlarında 100-cü matçı olub. İyirmi yeddi yaşlı hücumçu bu qarşılaşmalarda 33 qol vurub. O, Premyer Liqada iki klubda - “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.
“Neftçi” ilə matç Rahil Məmmədovun Azərbaycan çempionatında 100-cü oyunu olub. İyirmi səkkiz yaşlı müdafiəçinin hesabında 1 qol var. O, “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”də (7 oyun) çıxış edib.
Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. Kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]