NEFTÇİLƏR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLƏCƏKDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, bu il Neftçilər gününü yüksək səviyyədə qeyd etmək üçün xüsusi tədbirlər planı hazırlanmışdır.
Sentyabrın 20-də şirkətin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəkdir.
Sonra şirkətdə neftçilərin peşə bayramına həsr edilmiş təntənəli yığıncaq keçiriləcəkdir.
Mərkəzi neftçilər xəstəxanasına baş çəkən şirkət rəhbərliyi burada müalicə olunun neftçiləri bayram münasibətilə təbrik edəcəkdir.
Bayramsayağı bəzədilmiş Milli Parkda respublikamızın incəsənət ustaları və şirkətin strukturlarında fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri şəhər sakinlərinə musiqili-əyləncəli konsert proqramları təqdim edəcək, eyni zamanda ayrı-ayrı pavilyonlarda dövlət neft strategiyasının həyata keçirilməsi sahəsində görülmüş işlərə dair sərgilər təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]