NEFTÇİLƏR XƏSTƏXANASINDA BAYRAM ŞƏNLİYİ
AZƏRTAC xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin və həmkarlar təşkilatının bir qrup nümayəndəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə mərkəzi “Neftçilər” xəstəxanasında müalicə olunan neftçilərə baş çəkmişlər. Baş həkim Fəxrəddin Cavadovun verdiyi məlumata görə, onların hər birinə 100 min manat pul və hədiyyələr təqdim edilmişdir. Xəstəxananın akt zalında bayram konserti də təşkil edilmişdir. Ənənə halını almış belə tədbirlər hər bayram günündə keçirilir.