“Neftçi”nin basketbolçusu: Hədəfimiz qələbə qazanmaq idi
Şuşa, 13 iyun, Leyla Muradzadə, AZƏRTAC
Azərbaycanı təmsil etdiyim və burada qalib gəldiyim üçün xüsusi hisslər keçirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada keçirilən 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışının qalibi olan Bakının “Neftçi” klubunun üzvü Brianna Freyzer jurnalistlərə açıqlamasında deyib.
Basketbolçu bildirib ki, emosiyalarım əladır. Hədəfimiz qələbə qazanmaq idi. Həmçinin komanda kimi necə olduğumuzu görmək istəyirdik. Burada olduğum üçün özümü şanslı sayıram. Mənim üçün yaxşı təcrübə oldu.
Qeyd edək ki, turnirdə Azərbaycan, Almaniya, Rumıniya, Türkiyə, Niderland, Macarıstan milli komandaları, Bakının “Neftçi” və Yaponiyanın G FLOU klubları mübarizə aparıblar. Finalda Niderland yığmasını 20:12 hesabı ilə məğlub edən “Neftçi” klubu turnirin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]